Oktyabr 3, 2022

Azərbaycan yeddi ayda ən çox İtaliyaya məhsul göndərib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 2 milyard 933,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 709,5 milyon dollar, Rusiyaya isə 430,7 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 179,9 milyon dollar, Türkiyə ilə 2 milyard 577,9 milyon dollar, Rusiya ilə 1 milyard 514 milyon dollar təşkil edib.

Mənbə: azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezinde-avqustun-29-da-sat-imtahani-kecirilecekdir/

https://www.google.com/amp/s/www.bbc.com/arabic.amp

Translate »