Dekabr 8, 2021

Azərbaycana turist axını sentyabrda 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 515 280 nəfər əcnəbi vətəndaş gəlib.

Turaz.org xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ilin 9 ayında 686 303 nəfər olub) azdır.

Təkcə ötən ay isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 99% və yaxud təxminən 2 dəfə çoxdur. (2020-ci ilin sentyabr ayında 36 531 nəfər olub).

Sentyabrda Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »