Dekabr 5, 2021

Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiyası ilə bağlı tapşırıq yoxdur

Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.

Bu barədə Turaz.org “Report”-a istinadən məlumat verir.

Məlumata görə,Səhiyyə və Təhsil Nazirliyinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir: “Düşünmürəm ki, bu günə qədər həmin yaşda olan hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb”.

Qeyd edək ki, ölkədə oktyabrın 5-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə “COVID-19” əleyhinə Pfizer peyvəndi vurula bilər.

Müxbir: Əzizə Əlizadə

Translate »