Oktyabr 1, 2022

Azərbaycanda 5 günlük bayram tətili başa çatıb

Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil başa çatıb.

Turaz.org xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edib.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləri olub.

Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olub.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.

Müxbir: Əzizə Əlizadə

Translate »