Yanvar 26, 2022

Azərbaycanda daha 1 117 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb, 1 581 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib. 20 569 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081, bu günə qədər isə ümumilikdə 5 666 466 test icra olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »