Dekabr 9, 2021

Azərbaycanda daha 1 200 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib. 30 116 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, bu günə qədər isə ümumilikdə 5 202 697 test icra olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »