Yanvar 26, 2022

Azərbaycanda daha 1 315 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib. 21 902 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, bu günə qədər isə ümumilikdə 5 644 853 test icra olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »