Dekabr 9, 2021

Azərbaycanda daha 2 300 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

 

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/abs-sefiri-gence-terrorunda-helak-olanlarin-xatiresini-yad-edib/

Həmçinin bax: tehsilim.org/qeyri-standart-terapiya-layihesi-cercivesinde-art-terapiyalar-kecirilir/

Translate »