Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 658 min 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 min 713 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 232, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 156 min 388 test aparılıb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/naxcivan-qarnizonu-qosunlarinda-yeni-tedris-dovru-baslayib
Həmçinin bax: kafkazh.com/cenubi-amerikanin-geologiyasi-fizioqrafiyasi-ve-torpagi-ll-hisse
Son Xəbərlər
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”