Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 204 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. 259 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 755, bu günə qədər isə ümumilikdə 6 milyon 731 min 315 test icra olunub.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/peyvend-olunanlarin-sayi-aciqlanib-118
Həmçinin bax: kafkazh.com/ozbek-saire-dilnure-rehmanovanin-seirleri
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ