Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 621 min 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 min 919 nəfər müalicə olunaraq sağalıb, 8 min 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 min 187 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 247, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 948 min 270 test aparılıb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: kafkazh.com/qaracilarin-tarixi
Həmçinin bax: turaz.org/almatinin-bezi-rayonlarinda-atisma-sesleri-esidilir
Son Xəbərlər
Goranboyda qəza olub, xəsarət alanlar var
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Buraxılış imtahanlarının nəticələri açıqlanıb