May 16, 2022

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9 666 nəfər vəfat edib. 677 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 741, bu günə qədər isə ümumilikdə 6 671 287 test icra olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »