Mart 29, 2023

Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8779 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4267, ötən müddət ərzində isə ümumilikdə 6010761 test aparılıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/peyvend-olunanlarin-sayi-aciqlanib-86
Həmçinin bax: kafkazh.com/cenubi-amerikanin-geologiyasi-fizioqrafiyasi-ve-torpagi-l-hisse

Translate »