Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib. 319 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 867, bu günə qədər isə ümumilikdə 6 721 330 test icra olunub.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub
“Onun hekayəsi” kitabının təqdimatı keçirilib
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək