Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324 nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib. 41 721 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558, bu günə qədər isə ümumilikdə 6 447 062 test icra olunub.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb