Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib. 341 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 048, bu günə qədər isə ümumilikdə 6 714 357 test icra olunub.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub
“Onun hekayəsi” kitabının təqdimatı keçirilib
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək