İyun 8, 2023

Azərbaycanda daha 4943 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4943 yeni yoluxma faktı qeydə alınıb, 1587 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 656284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624259 nəfər müalicə olunaraq sağalıb, 8720 nəfər vəfat edib. 23305 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14204, bu günə qədər isə ümumilikdə 6149156 test icra olunub.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/mudafie-nazirliyi-heftelik-icmalini-teqdim-edib-10
Həmçinin bax: kafkazh.com/qizil-ordanin-tesekkulu-ve-kalka-muharibesi

Translate »