Yanvar 26, 2022

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib. 12 521 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 602, bu günə qədər isə ümumilikdə 5 798 493 test icra olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »