May 17, 2022

Azərbaycanda daha 653 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607885 nəfər müalicə olunaraq sağalıb, 8497 nəfər vəfat edib, aktiv xəstə sayı 7826 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8275, ötən müddət ərzində isə ümumilikdə 5987010 test aparılıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/peyvend-olunanlarin-sayi-aciqlanib-83
Həmçinin bax: kafkazh.com/boyuk-hun-dovleti-huyandi-tanhunun-hakimiyyeti-illerinde

Translate »