Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 804, bu günə qədər isə ümumilikdə 5 729 433 test icra olunub.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli