Noyabr 27, 2021

Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.

Turaz.org-un əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/turkiye-prezidenti-menim-kitabimda-geri-addim-atmaq-yoxdur/

Translate »