Dekabr 9, 2021

Azərbaycanda hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir

Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

Turaz.org-un xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

Müxbir: Əzizə Əlizadə

Translate »