Ölkədə hazırda koronavirusa yoluxmuş 2300-dən çox aktiv xəstə var. Nazirlər Kabineti yanında Operativ Qərargahın çərşənbə axşamına olan məlumatına əsasən, 84 nəfərdə yeni yoluxma aşkarlanıb, 3 nəfər vəfat edib.
Qurumun məlumatına görə, 214 nəfər sağalıb.
Bununla da indiyədək bu virusa yoluxması aşkar edilmişlərin ümumi sayı 33731 nəfərdir. Azərbaycanda indiyədək COVİD-19-dan ölənlərin sayı 500-ə yaxınlaşır.
Hazırda 2380 aktiv xəstə var.
İndiyədək Azərbaycanda 796459 test aparılıb. Bugünkü test sayı isə 6318-dir.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.
Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. İyun ayında isə qurum koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq etməyə başlayıb.
Mənbə:bbc.com
Müxbir : TurAz.org xüsusi müxbiri Məmmədova Zöhrə
Həmçinin bax :https://kafkazh.com/hilmi-ziya-ulkenin-felsefi-gorusleri/
https://turaz.org/vatikanin-internet-portallarinda-azerbaycan-sefirinin-m%C9%99qaleleri-derc-olunub/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ