Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib