Dekabr 9, 2021

Azərbaycanda özəlləşdirilməyə çıxarılan müəssisələrin adları açıqlanıb – SİYAHI

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirilməyə çıxarılan müəssisə və obyektlərinin adları məlum olub.

Turaz.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncamına dair əlavədə qeyd edilib.

Özəlləşdirilən müəssisələr sırasında – “ASK Şüşə” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “Azəripək” MMC, “ASK Tekstil” MMC, “ASK İzolit” MMC, “ASK Şəki SES” MMC və “ASK Şəki Şərab” MMC-lər var.

 

Müxbir: Əzizə Əlizadə

Translate »