Yanvar 26, 2022

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, bir gündə 77 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 271 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »