Yanvar 26, 2022

Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb

 

Bu il Azərbaycanda qeydə alınan yeraltı təkanların sayı açıqlanıb.

Turaz.org xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

RSXM-nin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələr də təqdim olunub.

Bildirilib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyaların məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb. Mərkəz tərəfindən bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.

Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib.

Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub.

Müxbir: Əzizə Əlizadə

Translate »