Dekabr 9, 2021

Azərbaycanda son sutkada vurulan vaksinlərin sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 340 vaksin vurulub.

Turaz.org xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, buster doza üzrə vaksinasiya olunanların sayı isə 79 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 763, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 735, buster doza üzrə vaksinasiya olunanların sayı isə 589 538 təşkil edir.

Müxbir: Əzizə Əlizadə

Translate »