Noyabr 27, 2021

Azərbaycanda vergi ödəyicilərinə qarşı alış qiyməti ilə tələblər dəyişdirilir

Azərbaycanda vergi ödəciyilərinin aldığı malların (işlərin, xidmətlərin) alış qiymətləri bazar qiymətindən topdansatış ticarət fəaliyyəti sahəsində 10%-dən, tikinti və istehsal fəaliyyəti sahəsində 20%-dən, digər fəaliyyət sahələrində 30%-dən çox yuxarıdırsa vergilər yenidən hesablanacaq.

Turaz.org xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, alış qiyməti ilə bazar qiyməti fəaliyyət sahəsindən asılı olmayaraq maksimum 30% fərqlənə bilər.

Müxbir: Əzizə Əlizadə

Translate »