İyul 4, 2022

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 12 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 29728 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1310, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26044 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12000749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5230388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4742169, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2028192 təşkil edir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/azerbaycan-lideri-azertac-a-musahibe-verib
Həmçinin bax: kafkazh.com/qizil-ordanin-tesekkulu-ve-kalka-muharibesi

Translate »