Oktyabr 3, 2022

Azərbaycanda yaxın 5 gündə hava yağmursuz olacaq

 

Azərbaycanda növbəti günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Turaz.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 10-u gündüzdən 15-dək ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Şərq küləyinin bəzi rayonlarda 15-18 m/s, ayrı-ayrı şərq rayonlarında isə arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Müxbir: Əzizə Əlizadə

Translate »