Dekabr 5, 2021

Azərbaycanda yeni BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Maya” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Turaz.org xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, 11/31 (“Babək Plaza” iş mərkəzi), nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Vüsal Mayıl oğlu Bayramovdur.

 

Müxbir: Əzizə Əlizadə

Translate »