Dekabr 7, 2021

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Qonşu ölkələr-Türkmənistan, İran, Rusiya və Ermənistanda hiss olunub. Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib. 

Turaz.org xəbər verir ki, Azərbaycanda 16:46 radələrində Şamaxı şəhərinin 17 kilometr uzaqlığında 5,1 bal gücündə  zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, respublika ərazisində 5,1 bal gücündə zəlzələ olub:

“Şamaxı ərazisində yerli vaxtla 16:46-da maqnitudası 5,1 bal gücündə zəlzələ olub. Dərinliyi müxtəlif dərəcələrdə olduğuna görə bir çox rayonlarda hiss olunub. Bəzilərində 3, bəzilərində 4 bal gücündə hiss edilib. Ehtimal edilir ki, episentrə yaxın köhnə tikililərdə çatlar əmələ gəlsin. Amma normal tikililərdə çat və ya başqa problemin yaşanması gözlənilmir”.

Yeraltı təkanlar Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər ərazilərdə hiss edilib.

Sosial şəbəkə istifadəçiləri zəlzələnin hiss edildiyini yazırlar.

Yeraltı təkanların təxminən 16:46 radələrində olduğu paylaşılır.

Həmçinin bax: turaz.org/ozbekistan-ve-rusiya-arasinda-sazis-imzalanib
Həmçinin bax: kafkazh.com/havanin-cirklenme-menbeleri

Translate »