Dekabr 8, 2022

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə başa vurub

Azərbaycandakı kredit ittifaqları 2021-ci ili 0,1 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit ittifaqları 2020-ci ildən 0,1 milyon manat xalis zərərlə çıxmışdı.

Turaz.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (əvvəlki illə müqayisədə eyni), xərcləri 1 milyon manat (təxminən 10% az), xüsusi ehtiyatlara ayırmaları 1,1 milyon manat (təxminən 15% az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 14,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,9% azdır. Bunun 12,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə sektorun kredit portfeli 8,3% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 13,8 % azalaraq 5 milyon manata, balans kapitalı isə 1,1 % azalaraq 9,3 milyon manata düşüb.

Müxbir: Əzizə Əlizadə

Translate »