Oktyabr 28, 2021

Azərbaycanın 3 şəhəri YUNESKO-nun təhsil şəbəkəsində.

Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.Turaz.org Təhsil Nazirliyinə istinadən

xəbər verir ki,şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra

hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə

Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür.

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Nağızadə Ayşən

Həmçin bax:https://turaz.org/yaponiyanin-xarici-isler-naziri-olkesine-bmt-tehlukesizlik-surasinda-daimi-uzvluk-statusu-verilmesine-cagirib/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »