Dekabr 9, 2021

Azərbaycanın avrokuboklarda qrupdan çıxan ilk komandası “Qarabağ” Vətənə qayıdıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin səfər oyununda Qazaxıstanın “Kayrat” komandasına qalib gəlmiş “Qarabağ” komandası vətənə qayıdıb.

Turaz.org xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın futbolçularını, məşqçi heyətini futbol azarkeşləri, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Almatı şəhərindəki “Ortalık” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Doğma meydanda olduğu kimi səfərdə də “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Ağdam təmsilçisi UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib. Buna İsveçrə “Bazel”inin IV tur matçında Kiprdə “Omoniya” ilə heç-heçə etməsi səbəb olub.

Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan “köhlən atlar” “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.

“Qarabağ” bununla avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Müxbir: Əzizə Əlizadə

Translate »