Sentyabr 25, 2022

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 262,6 milyon ABŞ dolları, Meksika ilə 34,5 milyon dollar, Ekvadorla isə 24,8 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 34 milyon 860 min dollar, Meksikadan 34 milyon 313 min dollar, Ekvadordan isə 24 milyon 857 min dollar təşkil edib. İspaniya və Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, Ekvadordan artıb.
Yeddi ayda ispandilli ölkələrdən ən çox məhsul İspaniya, Argentina və Kolumbiyaya ixrac edilib. İspaniyaya ixracın dəyəri 227,7 milyon dollar, Argentinaya 1 milyon 707 min dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə artıb.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/afrika-covid-19-dan-olenler-30-000-neferi-kecib/

həmçinin bax:https://arabic-media.com/arabicnews.htm

Translate »