Oktyabr 20, 2021

Azərbaycanın “əsir götürdüyü” erməni hərbçisi “Azərbaycanda qalmaq istəyir”.

Azərbaycanın “əsir götürdüyü” erməni hərbçisi “Azərbaycanda qalmaq istəyir”.

Azərbaycanda saxlanan erməni hərbsçi video müraciətində nə deyir?
Dövlət Təhlükəsizliyi Xidməti avqustun 24-də cəbhənin Goranboy rayonu istiqamətində Müdafiə Nazirliyinin “əsir götürdüyü” Ermənistan hərbçisi Qurgin Alaverdyanın video müraciətini yayıb.

Müraciətdə Qurgin Alaverdyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan “döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə etməklə mümkün qədər çox sayda Azərbaycan hərbçisini məhv etmək və bir nəfəri əsir götürmək” tapşırığını aldıqlarını deyir.

O bildirir ki, Azərbaycan tərəfinə keçərkən yerli hərbçilərin onları fərq etməsi tapşırığı yarımçıq saxlayıb, yoldaşları geri qayıdıb, özü isə “dumanlı havada istiqaməti müəyyən edə bilmədiyi üçün əsir düşüb”.

Qurgin Alaverdyan əlavə edir ki, ona qarşı qeyri-insani rəftar edilməyib və o, Azərbaycanda qalmaq və “bilik-bacarığı ilə bu dövlətə” xidmət istəyir.

Onun bu müraciəti yazılmış mətndən oxuduğu hiss olunur, ancaq Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bunu təkzib ediblər, deyiblər ki, Qurgin Alaverdyan “üzündən oxumur”.Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda “azıb Azərbaycan tərəfində saxlanılan” erməni zabiti Qurgen Alaverdyana qarşı cinayət işi açılmasını “absurd” adlandırıb. Bunu öz Facebook səhifəsində nazirliyin mətbuat katibi Şuşan Stepanyan yazıb.

O, Qurgen Alaverdyana Azərbaycanda irəli sürülən bütün ittihamları “cəfəngiyyat” adlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin Qurgin Alaverdyanın vidoe müraciətinə münasibəti hələlik bəlli deyil.

Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir.

26 il əvvəl tərəflər arasında atəşkəs imzalansa da, mütəmadi olaraq atışmalar davam edir.

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbçi və 1 mülki şəxsini, Ermənistan isə 5 hərbçisi itirib.

Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edib.
Mənbə:bbc.com/azeri
Müxbir:Aytac Cəfərova

hemcinin bax https://turaz.org/ereb-metbuati-azerbaycanin-birinci-vitse-prezidentimehriban-eliyeva-haqqinda-meqaleler-derc-edib/

https://turaz.org/israilin-ozbekistandaki-sefiri-diplomatik-fealiyyetini-basa-vurur/

Translate »