Oktyabr 3, 2022

Azərbaycanın güləş hakimlərinin növbəti vebinarı keçirilib


Azərbaycanın güləş hakimlərinin növbəti vebinarı keçirilib.

TurAz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında keçirilən onlayn seminarda əvvəlcə sərbəst və yunan-Roma güləşində passiv hərəkətlər izah olunub. Daha sonra isə ötən vebinarda olduğu kimi, müxtəlif görüşlərdəki mübahisəli epizodların görüntüləri nümayiş etdirilib və həmin epizodlar qarşılıqlı müzakirə əsasında qiymətləndirilib.
Bu tip onlayn seminarlar davam etdiriləcək.

Qeyd edək ki, Dünya Güləş Birliyi (UWW) bu il pandemiya ilə bağlı olaraq, çox az sayda beynəlxalq yarış keçirildiyi üçün hakimlərin kateqoriyasında heç bir dəyişiklik etməyəcək.
Mənbə:azertag.az
Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://turaz.org/almaniyanin-xarici-isler-naziri-turkiyeye-sefer-edib/

https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

Translate »