Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli