Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən Turaz.org-a verilən məlumata görə, başsağlığıda deyilir:
“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/istanbulda-partlayis-zamani-6-nefer-olub-53-nefer-yaralanib/
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi