May 23, 2022

Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Turaz.org-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

Müxbir: Əzizə Əlizadə

Translate »