Oktyabr 24, 2021

Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Turaz.org xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Müxbir: Əzizə Əlizadə

Translate »