Aprel 2, 2023

Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 4,4% artaraq 53 milyard dolları keçib.

Turaz.org bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən istinadən xəbər verir.

“O cümlədən 11 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,2% artaraq 7 milyard dolları üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir”, – deyə qurum bəyan edib.

Müxbir: Əzizə Əlizadə

Translate »