“Azərenerji” ASC-yə məxsus “Çiçəkli Su Elektrik Stansiyası” ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
TURAZ.ORG bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən səhmdar cəmiyyəti 1927-ci ildə inşa edilmiş eyni adlı SES-in bazasında 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,3 min manatdır. 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüş stansiya yenidən qurulduqdan sonra 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə yenidən istismara verilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ