Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon dollarlıq kəsir yaranmışdı.
Turaz.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 878,4 milyon dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon dollarlıq kəsir (40,3% az), maliyyə hesabındakı 578,5 milyon dollarlıq kəsir (39% az), balanslaşdırıcı maddələr üzrə 34 milyon dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax:turaz.org/muellimlerin-ise-qebulu-uzre-apellyasiya-musahibelerinin-neticeleri-aciqlanib/
Həmçinin bax:tehsilim.org/azerbaycan-kollecleri-2/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”