Oktyabr 4, 2022

Azərbaycanın Xarici İşlər naziri ilə Böyük Britaniyanın dövlət naziri arasında telefon danışığı olub.

Avqustun 20-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə dövlət naziri xanım Vendi Morton ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, dövlət naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.
Vendi Morton, öz növbəsində, bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Mənbə :Azərtac
Müxbir: TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə

Həmçinin bax:https://www.bbc.com/turkce.amp

https://kafkazh.com/neyrotransmitterler/

Translate »