Noyabr 27, 2021

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında müqavilə imzalanıb

Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.

Turaz.org xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.

Müxbir: Əzizə Əlizadə

Translate »