Oktyabr 20, 2021

Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.

Turaz.org xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə ikitərəfli əlaqələrin hüquqi bazasını təkmilləşdirmək istiqamətində görülən işlər müzakirə olunub.

Bundan əlavə, komitə sədri keçirdikləri son tədbirlər, xarici ölkələrlə əməkdaşlığın genişlənməsinə dair atılan addımlar barədə məlumat verib. Səfir isə iki ölkə arasında ayrı-ayrı qurumlar səviyyəsində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb.

Müxbir: Əzizə Əlizadə

Translate »