May 16, 2022

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib.

Turaz.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış saziş təsdiq edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »